Xaricdən gələn “çörəyimiz” –Ölkəmiz kənardan nə qədər buğda alır? (RƏQƏMLƏR)

2019-cu ildə Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələrin siyahısında Rusiya, Qazaxıstan yer alsalar da, Ukrayna siyahıda yer almayıb.

Azpost.info banker.az-a istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycana Rusiyadan 1 milyon 262 min 170 ton buğda gətirilib. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 267 milyon 137 min ABŞ dolları olub.

Bu barədə DSK-nin məlumatında bildirilir.

2018-ci ilin eyni dövründə isə Rusiyadan ölkəyə 146 milyon 467 min dollarlıq 776 min 587 ton buğda gətirilib. Belə ki, illik müqayisədə Rusiyadan Azərbaycana gətirilən buğdanın miqdarı 485 min 583 ton və yaxud 62,5% artıb.

Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələr arasında 2-ci yerdə Qazaxıstan dayanır. Bildirək ki, 2019-ci ildə Qazaxıstandan Azərbaycana 256 min 949 ton buğda idxal edilib. Bu idxal edilən buğdanın dəyəri isə 56 milyon 737 min ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Qazaxıstandan Azərbaycana gətirilən buğdanın miqdarı 12 min 455 ton və yaxud 5% azalıb, dəyəri isə 12% artıb.

2018-ci ilki siyahıda 3-cü yer alsa da , Ukraynadan 2019-cu ildə Azərbaycana buğdanın idxalı demək olar ki, dayandırılıb. 2018-ci ildə isə Azərbaycana 2 min 79 ton buğda və dəyəri 653 milyon dollarlıq buğda gətirilib.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansına görə  Azərbaycanın buğdaya olan illik tələbatı 4 milyon ton civarındadır. Bunun 2,1 milyon tonu un və yarma istehsalında, 500 min tonu mal-qara və quş yemi kimi, 35-37 min tonu qarışıq yem istehsalında, 147 min tonu toxum üçün və sair istifadə edilir.

Müşahidəçilərin fikrincə, ərzaq təhlükəsizliyi baxımından hər bir ölkə buğda ilə təminatı yerli istehsal hesabına həyata keçirməyə çalışır. Azərbaycanda da uzun illərdir keyfiyyətli buğda istehsalının təmin olunması istiqamətində addımlar atılsa da, bu sahədə irəliləyişi ciddi uğur hesab etmək olmaz. Hələ də ölkədə istehsal olunan buğdanın əhəmiyyətli hissəsi un istehsalında istifadəyə yararsızdır.

Açıqlanan məlumatlara görə, yerli buğda istehsalı 2018-ci ildə 1 milyon 991 min 683 ton təşkil edib. 2016-2017-ci illərdə isə istehsal 1,8 milyon civarında olub.  2019-cu ildə 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Bu əkin sahələrindən ümumilikdə 3,2 milyon ton arpa və buğda əldə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siqaret və spirtli içkilərin aksiz dərəcələri ARTIRILDI –

Sonrakı məqalə

Energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edildi –