Xaricdən gətirilən toyuq ətinin qiyməti 90 qəpik bahalaşıb –Topdansatış mərkəzləri qiyməti niyə qaldırıb?

Azərbaycanın topdansatış mərkəzlərində xaricdən idxal olunan toyuq əti məhsullarının qiyməti 50-90 qəpik bahalaşıb.

Bu barədə Azpost.info-ya sahibkarlar məlumat verib. Satış mərkəzləri Ukraynadan və digər ölkələrdən ölkəmizə toyuq ətinin gətirilməsinə qoyulmuş qadağanı əsas gətirərək bunu izah edirlər.

Qiymət artımı toyuq ətindən hazırlanmış bütün mallara aid edilib.

Bu isə pərakəndə satış  yerlərində qiymətlərin artmasına səbəb olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

Müraciətdə bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında  yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Səs yazısı göstərir ki, İran ilk andan təyyarənin vurulduğunu bilirdi” –

Sonrakı məqalə

Qarabağ icmasının sədri Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib