“Səs yazısı göstərir ki, İran ilk andan təyyarənin vurulduğunu bilirdi” –Prezident Zelenski

İranın hava nəqliyyatına nəzarəti ilə İranlı pilot arasında sızan səs yazısı göstərir ki, İran rəsmiləri Tehrandan havaya qalxan Ukrayna təyyarəsinin ilk andan raketlə vurulduğunu bilirmiş. Lakin buna baxmayaraq İran günlərlə bu məlumatı inkar etmişdi.

Ukrayna prezidenti Volodimir Zelinski bazar günü axşam televiziyada yayımlanan reportajda səs yazısının həqiqiliyini təsdiqləyib.

İranın istintaq qrupunun rəhbəri Həsən Rezaeifar bazar günü səs yazısının həqiqiliyini təsdiqləyərək, onun Ukryana rəsmilərinə təhvil verildiyini söyləyib.

Təyyarə İranın İslam İnqlabı keşikçilərinin Bağdad aeroportunda öldürülmüş iranlı general Qasım Süleymaninin qisasını almaq üçün ABŞ hərbi qüvvələrinin İraqda qərargahlandığı bazaya raket hücümundan bir neçə saat sonra vurulmuşdu.

Ukraynanın 1+1 telekanalı tərəfindən yayımlanan farsca səs yazısının transkripti göstərir ki, dialoq Şiraz şəhərindən Tehrana uçan və Aseman Hava Yollarına məxsus Fokker 100 təyyarəsinin pilotu ilə hava nəqliyyatı nəzarəti dispetçeri arasında olub.

“Ard-arada bir neçə sayrışan işıqlar…bəli, bu raketdir orada nəsə baş verir?” – deyə, pilot bildirir.

Aviadispetçer isə cavab olaraq, “Xeyir, neçə kilometrdə? Harada?”

Pilot buna cavab olaraq işığı İnqilab Keşikçilərinin Tor M-1 zenit raketini atdığı yerin yaxınlığındakı Payam hava limanında gördüyünü bildirir. Nəqliyyat idarəsi bu barədə heç bir məlumat verilmədiyini bildirsə də pilot israr edir.

“Bu, raket işığıdır” – deyə, pilot söyləyir..

“Daha başqa bir şey görürsünüzmü”, nəzarətçi soruşur.

“Hörmətli mühəndis, böyük bir partlayış oldu. Biz orada böyük işıq gördük. Və mən bunun nə olduğunu doğrudan da bilmirəm” – deyə, pilot cavab verir.

İran səs yazısının Ukrayna tərəfindən ictimaiyyətə açıqlanmasını “qeyri-peşəkarlıq” adlandıraraq, onun məxfi hesabatın bir hissəsi olduğunu bildirib.

İranın istintaq qrupunun rəhbəri Hassan Rezaeifar Mehr xəbər agentliyinə bildirib ki, “Ukraynalıların bu addımı bizi onlara daha heç bir dəlil veməməyə məcbur edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Çindən gələn koronavirusun qarşısını alıb” –

Sonrakı məqalə

Xaricdən gətirilən toyuq ətinin qiyməti 90 qəpik bahalaşıb –