Xarici diplomatların hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb.

Səfər Göygöl rayonunun Toğanalı kəndindən başlayıb.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, “Tunel qətliamı”nın baş verdiyi ərazi, Kəlbəcər şəhərində məscid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyası ilə tanış olacaqlar.

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.

Diplomatik korpusun nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu-Laçın avtomobil yolunun üzərində yerləşən tunelin inşası ilə tanış olublar.

Onlara tunelin tikintisi haqqında ətraflı məlumat verilib.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

DTX 394 nəfəri aldadan 22 yaşlı “haker”i saxlayıb