“Xəbərim yoxdur” –Peskov Putin-Tramp danışığını şərh etmədi

Dmitri Peskov
Dmitri Peskov

“Xəbərim yoxdur”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

AzPost bildirir ki, o bu barədə jurnalistlərə deyib:  “Vaşinqtonda administrasiyanın öz işini  aparması üçün çoxlu müxtəlif kommunikasiyalar var. Bu kommunikasiyalar müxtəlif kanallarla aparılır. Təbii ki, bu kommunikasiyaların çoxluğu fonunda mən şəxsən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də bu halda mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm, xəbərim yoxdur”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə etdiyini təsdiqləyib. O, bu barədə “New York Post” nəşrinə müsahibəsində bildirib.

Bizi İnstagramda izləyin!
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.