XİN 2020-dən bəri mina qurbanlarının ümumi sayını açıqladı

Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşımda qeyd olunub.

“Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.

Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir”, paylaşımda vurğulanıb.

Əvvəlki məqalə

Torpaq Məcəlləsinə dəyişikliklər edilir

Sonrakı məqalə

Sabah hava necə olacaq?