XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfəri bağlı yazılanlara münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-də Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə yazılanlara münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. 

“Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”, – deyə XİN rəsmisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir