XİN İsrail və HAMAS arasındakı atəşkəslə bağlı bəyanat yayıb

vəkili
vəkili

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

Bu barədə Azərbaycan XİN “X” hesabında məlumat paylaşılıb.

“Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”, – məlumatda qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.