XİN nümayəndələrinin parlamentə dəvət olunması təklif olundu

Milli Məclisin plenar iclasında çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri səməd Seyidov Qarabağla bağlı gündəmdəki müzakirələrdən bəhs edib.

“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır”-deyə, komitə sədri bildirdi.

S.Seyirdov qeyd etdi ki, bu, Ermənistanın birinci təxribatı deyil: “Ancaq elə etmək lazımdır ki, bu, onların sonuncu təxribatı olsun. Beynəlxalq təşkilatlar bilir ki, bunlar status-kvonun qalması üçün əllərindən gələni edəcəklər. Bunlar insanlığa qarşı bütün cinayətləri ediblər, təki torpaqların işğalı davam etsin, status kvo qalsın”. Komitə sədri bildirdi ki, Ermənistanın təxribatları baş tutmayanda isə onlar danışıqlardan qaçırlar: “Necə ki, Paşinyan Parisdə danışıqlar zamanı 5 dəqiqəlik tənəffüs alıb təyyarəsinə minib qaçmışdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmdə erməni yalanlarını üzə çıxarıb. Bütün beynəlxalq təşkilatlar işğal edilmiş Azərbaycan torpaqlarda qondarma “seçkiləri” danımadı. Ermənilərin heç bir təxribatı baş tutmayıb. Danışıqlarla bağlı üç tərəfli format cəhdi də baş tutmadı, cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında tutarlı arqumenmtlərlə Ermənistanın bu cəhdinə də son qoydu”.

S.Seyidov Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı həmkarlarının mətbuatdakı tənqidlərindən də bəhs etdi. Ardınca ölkə Prezidentinin parlamentdə səsləndirdiyi fikirləri xatırlatdı. Dedi ki, Prezident effektli nəticənin əldə olunması üçün hökumətin parlamentlə daim ünsiyyətdə olmasını vacib sayıb. “Təklif edirəm ki, Xarici İşlər Nazirliyinin nümayəndələri parlamentə dəvət olunsun, Dağlıq Qarabağ münaqişənin həlli mövzusunda parlamentin komitələrində birgə müzakirələr keçirək. Biz bir dəfə belə bir iclaas keçirmişik, onun çox böyük faydası oldu”.

Sədr Sahibə Qafarova “nəzərə alınacaq” deyərək təklifə müsbət reaksiyasını ifadə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman analara yeni hüquq verilməsini istəyir

Sonrakı məqalə

“Prezident Münxendə Ayaz Mütəllibovu xilas etdi” –