Xınalığa 16 sm hündürlükdə qar yağıb

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr olub. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə yaxın qar yağıb. Dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda avtomobil marketə çırpılıb –

Sonrakı məqalə

Azərbaycanda yeni kəşf edilmiş qızıl yatağı istismara verilib –