Xocavənddə ermənilərin minaladığı ərazilərdə yanğın olub –helikopterlər cəlb edilib (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir