“Rusiyanın xüsusi hərbi əməliyyatını tənqid edən sənətçilərin konsertləri ləğv edilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov bildirib.
Deputat qeyd edib ki, bu, düzgün qərardır, çünki belə sənətçilər Rusiyada pul alırlar, eyni zamanda özləri də hakimiyyətin qərarına qarşı çıxırlar.
Şoloxovun fikrincə, belə sənətkarların vicdanına, mənəviyyatlarına təzyiq göstərmək mümkün deyil. Bu baxımdan, onlara maddi ziyan vuracaq tədbirlər görmək lazımdır.
“Bu, təsirli bir üsul ola bilər”, – Şoloxov deyib.
Azpost.info