Yanğında xəsarət alan olmayıb –Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi inzibati binasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb.

Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlmişdir.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməmişdir. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

“Aleksey Navalnının tam sağalmasını gözləyirik”-