Bavariyada yaşayış olmayan edilmiş binanın yaxınlığında itini gəzdirən yerli sakin qadın cəsədini görüb. O, dərhal polisə zəng vurub.
AzPost Daily Mail-ə istinadən bildirir ki, polis dərhal ərazini bağlayıb və genişmiqyaslı əməliyat keçirib. Məhkəmə-tibb ekspertləri, kriminalistlər və 3D skanerləri olan dronlar – hamısı tam prosedura uyğun olaraq cəlb edilib.
İstintaqdan 5 saat sonra müstəntiqlərdən biri meyitin “qalıqlara” toxunub və bu zaman məlum olub ki, meyit hesab etdikləri yanmış və mavi IKEA çantasına bükülmüş “seks-kukla”dır.
Meyiti toplamaq üçün yola çıxan dəfn bürosunun gəlişi ləğv edilib və “qurban” polis tərəfindən aparılıb.
Alman mediası bunu son illərin ən absurd yalançı zəng çağırışlarından biri adlandırıb.