Yanvarın 18-də Rusiyada koronavirusa qarşı kütləvi peyvənd aksiyasına başlanılacaq.
Bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin kütləvi peyvənd olunmasına başlanması barədə tapşırıq verib. Aksiyanın vaxtı isə yanvarın 15-də məlum olub.
Rusiyada iki yerli peyvənd artıq qeydiyyatdan keçib, üçüncü peyvənd preparatı isə istehsala hazırdır.