Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

YAP-da seçki ilə bağlı müşavirə

User 05 Yanvar 2025 - 13:58 (Last updated: 21 May 2025 - 20:15)
yap musa

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

YAP-dan bildirilib ki, müşavirədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara uğurlar arzulanıb.

Sonra YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib.

Yanvarın 6-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki proqramı və digər təşviqat materialları yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.

Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri ilə əlaqədar maarifləndirmə məqsədilə istər məşvərətçi səs hüquqlu üzvlər, istərsə də seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslər üçün keçiriləcək təlimlərin önəmi vurğulanıb.

Post navigation

Previous: Sabahdan seçki təşviqatı başlanır
Next: Hüquq-mühafizə orqanları Koreya prezidentini niyə həbs edə bilməyib?

Oxşar xəbərlər

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Avtomobilin yanacaq sərfiyyatının artması, təkərlərin tez aşınması və yolda idarəetmənin çətinləşməsi bəzən sadə bir səbəblə — təkərlərdəki...
Read more about Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.