YAP-ı təmsil edən deputatlar Milli Məclisin buraxılmasını xahiş edib

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.

Bununla bağlı müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.

Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: “YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılmasını xahiş edir”.

Əvvəlki məqalə

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Sonrakı məqalə

Parlament komitəsi Milli Məclisin buraxılmasına müsbət rəy verdi