YAP-ın “91-lərin”dən olan professor Maqsud Nəcəfov vəfat edib –FOTO

Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan edilən “91-lər”in nümayəndəsi, professor Maqsud Nəcəfov vəfat edib.

Azpost.info bildirir ki, professor bu gün, 73 yaşında dünyasını dəyişib. Əməkdar müəllim, elmlər doktoru olan M.Nəcəfov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı idi.

M. Nəcəfov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. 1992-ci ildə mərhum prezident Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri, Heydər Əliyevin hüquqlarının müdafiə komitəsinin üzvü olub.

Təhsilin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəcamı ilə Tərəqqi medalı (2007) və Əməkdar müəllim fəxri adı ilə (2012) təltif olunub.

“Maksimum və minimum məsələləri” (1999), “Analitik həndəsədən mühazirələr” (2013), “Ekstremum məsələləri” (2016), “Diferensial həndəsədən mühazirələr” (2016) dərs vəsaitlərinin və 70-dən çox elmi-metodik məqalənin müəllifidir.

Qhtxeber.az saytının baş redaktoru Senan Nəcəfovun atasıdır.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yeni klinika”nın direktorunun və FHN-nin Modul Hospitalının baş həkiminin saxlanma anı –

Sonrakı məqalə

MSK-da 6 partiyadan 4-nün namizədləri məlum olub –