MSK-da 6 partiyadan 4-nün namizədləri məlum olub –SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizəd irəli sürəcək parlamentdə azlıq təşkil edən 6 partiya və 4 namizəd məlum olub.

 Milli Məclisdə azlığı 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.

MSK üzvlüyünə namizəd irəli sürəcək partiyalar aşağıdakılardır:

  1. Böyük Quruluş Partiyası (BQP)
  2. Ana Vətən Partiyası (AVP)
  3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
  4. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
  5. Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)
  6. ReAL Partiyası

Həmin partiyalardan 4-nün namizədi artıq məlumdur:

Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) isə Almas Qəhrəmanlının namizədliyi müəyyənləşib.

Qeyd edək ki, Vəhdət Partiyası, Milli Cəbhə Partiyası (MCP), Vətəndaş Birliyi Partiyası, REAL  və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə namizəd müəyyənləşdirməyib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir