Yaponiya əhalisi rekord sayda azalıb- Rəqəmlər

Yaponiyanın əhalisi 2022-ci ildə təxminən 800 min azalaraq 122,42 milyon nəfərə düşüb.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi bildirib.

Ölkə əhalisinin sayı 14-cü ildir ki, azalır. Son illərdə isə azalma daha da sürətlənib.

2022-ci ildə Yaponiyada 1,56 milyon ölüm qeydə alınıb ki, bu da statistika tarixində rekord göstəricidir. Eyni zamanda doğulanların sayı ilk dəfə olaraq 800 mindən aşağı olub – 771 min.

Ötən il Yaponiyada 2023-cü ildə boş yaşayış binalarının sayının 10 milyona çatacağı bildirilmişdi.Bu da ilk növbədə ölkə əhalisinin sayının azalması ilə bağlıdır.

Azpost.info

Əvvəlki məqalə

İlk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək

Sonrakı məqalə

Qaxda meşədə bir nəfər itkin düşüb