Yaponiya Rusiyaya sanksiya tətbiq etdi- Siyahıda 48 şəxs, 73 təşkilat və 1 bank var

Yaponiya Rusiyadan olan 48 fiziki şəxsə, 73 təşkilata və “Rosbank”a sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, sanksiya siyahısına Krım, “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərindən olan şəxslər də daxil edilib.

“Qara siyahı”ya müdafiə nazirinin müavini Viktor Qoremikin, “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikov, Rusiya prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə Administrasiyasının rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Çeçenistan lideri Ramzan Kadırov, Rusiya Silahlı Qüvvələrinin Baş Kompüter Mərkəzinin 27 əməkdaşı, həmçinin bu bölmənin 4 komandiri, “Rusiya İmperator Legionu”nun rəhbərləri Denis Qariyev və Stanislav Vorobyov, “Charter Green Light” şirkətinin rəhbəri Aleksey Malyareviç, Xerson vilayəti hökumətinin başçısı Andrey Alekseenko, Xersondan olan Vladimir Bobrişev, Xersondakı “Berkut” batalyonunun komandiri Gennadi Qarkuşa, əvvəllər Xerson polisinə rəhbərlik etmiş Vladimir Lipandin, “LXR” mədəniyyət, idman və gənclər nazirinin müavini Vitali Noskov , “DXR” Rabitə Nazirliyinin rəis müavini Denis Kuraşov, “DXR”-in keçmiş naziri Dmitri Şmelev, “LXR”-in sənaye və ticarət naziri Timur Samatov və “LXR”-in energetika naziri Konstantin Zavizenov da düşüb.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb

Sonrakı məqalə

Mədəniyyət sahəsində Dövlət proqramı hazırlanacaq