Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Yardımlıda bələdiyyələrin fəaliyyətinə dəstək çərçivəsində tədbir keçirilib

User 29 İyul 2026 - 12:26 (Last updated: 29 İyul 2026 - 13:22)
qht beledi

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 22 iyul 2026-cı il tarixində Yardımlı rayonunda keçirilib.

Tədbirdə Yardımlı rayonunu və onun kəndlərini əhatə edən bələdiyyələrin 23 üzvü və qulluqçusu iştirak edib.

Təlim D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva tərəfindən keçirilib.

İştirakçılarla tanışlıqdan sonra layihə, onun məqsədləri və donor təşkilat haqqında məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsinə dəstək göstərmək, bu sahədə mövcud problemləri və inkişaf perspektivlərini araşdırmaq, bələdiyyə–vətəndaş və bələdiyyə–sahibkar münasibətlərinin inkişafına töhfə verməkdir.

Daha sonra təlimçi Əntiqə Qurbanova bələdiyyələrin fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin qurulması, eləcə də bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsində rolu barədə təqdimatla çıxış edib.

Qeyd olunan mövzular ətrafında iştirakçılarla geniş müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib. Bələdiyyələrin üzləşdiyi problemlər, mövcud çətinliklərdən çıxış yolları və yerli özünüidarəetmənin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafındakı rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.

Bildirilib ki, qanunvericiliyə edilən dəyişikliklər bələdiyyələrin qrant vəsaitləri əldə etməsi üçün yeni imkanlar yaradır.

Təlim zamanı bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, hesabatlılıq, müsabiqə və tenderlərdə iştirak qaydaları haqqında da ətraflı məlumat təqdim olunub.

Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularında qrup işləri həyata keçirilib. Hər bir kiçik qrup regionda mövcud problemlərdən birini seçərək həmin problemin həllinə yönəlmiş layihə təklifi hazırlayıb.

Qrup təqdimatları zamanı iştirakçılar digər qrupların suallarını cavablandırıb və hazırladıqları layihə ideyalarını əsaslandırıblar. Praktiki məşğələlər iştirakçıların layihə hazırlığı sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edib.

Yardımlı rayonunun bələdiyyə nümayəndələri kəndlərin boşalmasının əsas səbəblərindən birinin işsizlik olduğunu və bu problemin rayon iqtisadiyyatına vurduğu zərərdən narahat olduqlarını bildiriblər.

Müzakirələr zamanı bələdiyyələrin fəaliyyətinə mane olan əsas problemlər də müəyyənləşdirilib. İştirakçıların irad və təklifləri ümumiləşdirilərkən aşağıdakı məsələlər ön plana çıxıb:

– əvvəlki bələdiyyələrin fəaliyyət dövründən qalan Dövlət Sosial Müdafiə Fonduna borclar və həmin borclara hesablanan faizlərin davamlı artması;

– kənd əhalisinin, xüsusilə aztəminatlı ailələrin əmlak vergisini ödəmək imkanlarının məhdud olması;

– vergi daxilolmalarının azlığı səbəbindən bələdiyyə büdcələrinin formalaşdırılmasında yaranan çətinliklər;

– borclara görə bəzi bələdiyyələrin bank hesablarının bağlanması və nəticədə dövlət tərəfindən ayrılan dotasiyaları ala bilməmələri;

– kəndlərdə bələdiyyə binalarının qeyri-qənaətbəxş vəziyyətdə olması və bəzi bələdiyyələrin yalnız bir otaqdan ibarət şəraitdə fəaliyyət göstərməsi;

– sahibkarlarla bələdiyyələr arasında əməkdaşlıq münasibətlərinin zəif olması;

– bələdiyyələrin balansında olan torpaqlardan səmərəli istifadə edilməməsi.

İştirakçılar bildiriblər ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilikdə mövcud olan bəzi boşluqlar onların səlahiyyətlərinin genişləndirilməsinə və daha səmərəli fəaliyyət göstərməsinə mane olur.

Bu məsələlərin Milli Məclis tərəfindən nəzərə alınmasının məqsədəuyğun olduğu vurğulanıb.

Tədbir zamanı foto və video çəkilişləri aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

Fotolar

AzPost.az

Post navigation

Previous: Qobustanın sirli işarələri və 4 min illik araba təsviri
Next: Sabah hava necə olacaq? –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.