Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Yaşıl çayın gözlənilməyən faydaları

Orkhan Ali 29 İyul 2025 - 12:35 (Last updated: 29 İyul 2025 - 11:51)
yaşıl çayın

yaşıl çayın

Yaşıl çay uzun illərdir sağlam içki kimi tanınsa da, onun həm faydaları, həm də müəyyən riskləri hələ də geniş müzakirə olunur.

AzPost xəbər verir ki, rusiyalı qastroenteroloq həkim Yevgeni Belousov yaşıl çayın sağlamlıq üçün faydalarından və bəzi hallarda risklərindən danışıb. Onun sözlərinə görə, yaşıl çayın tərkibindəki təbii antioksidantlar, vitaminlər və mikroelementlər orqanizmin müxtəlif funksiyalarına müsbət təsir göstərir.

Ən mühüm komponentlərdən biri katexinlərdir – bu maddələr hüceyrələrin qocalma sürətini azaldır və iltihab əleyhinə təsir göstərir. Həmçinin, yaşıl çay maddələr mübadiləsini sürətləndirərək termogenezi stimullaşdırır, bu isə enerji səviyyəsinin yüksəlməsi və çəkiyə nəzarət baxımından əhəmiyyətlidir.

Bundan əlavə, içkinin ürək-damar sisteminə təsiri də müsbət qiymətləndirilir: “Pis” xolesterinin səviyyəsini aşağı salır, damar elastikliyini artırır və nəticədə hipertoniya və ateroskleroz riskini azaldır.

Yevgeni Belousov yaşıl çayın beyin funksiyalarına da faydalı təsir göstərdiyini qeyd edir. Xüsusilə, tərkibindəki kofein və L-teanin maddələrinin birgə təsiri sayəsində diqqəti artırır, narahatlığı azaldır və emosional tarazlığı qoruyur – bu isə kəskin stimullaşdırıcı effekt yaratmadan zehni fəaliyyətə dəstək verir.

Eyni zamanda yaşıl çay immun sistemini gücləndirir, orqanizmin müqavimətini artırır və bəzi xərçəng növlərinin qarşısının alınmasında da mümkün rolundan bəhs olunur.

Lakin bütün bu müsbət tərəflərlə yanaşı, həkim xəbərdarlıq edir ki, yaşıl çayı bəzi insanlar ehtiyatla içməlidirlər. Xüsusilə kofeinə həssas olan şəxslərdə yuxusuzluq və baş ağrısı törədə bilər. Boş mədəyə içildikdə isə ürəkbulanma və yanma hissi yarana bilər. Həmçinin bəzi dərman preparatları ilə qarşılıqlı təsirə girərək onların təsirini azalda bilər.

AzPost.az

Post navigation

Previous: Qubada günlük istirahət üçün ev adı ilə pul alıb sonra blok etdi
Next: Qayğıya ehtiyacı olan uşaqlar üçün sosial layihə həyata keçirilir –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib. Özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub. Bundan...
Read more about Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.