Yaşlı insanlar bu şorbalardan imtina etməlidirlər- TÖVSİYƏ

Yaşlı insanlar yağlı ətlə bişən şorbalardan imtina etməlidirlər.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, onlar qanda xolesterinin səviyyəsinin artmasına səbəb ola bilər.

“Bulyonlar, xüsusən də mal əti xolesterolun artmasına səbəb ola bilər. Gələcəkdə bunun insult, infarkt riski olduğunu nəzərə almaq lazımdır”, – mütəxəssislər xəbərdarlıq edir.

Yaş ötdükcə həzm sistemi zəifləyir və ağır yeməkləri həzm etmək üçün çoxlu sayda ferment istehsal edə bilmir. Bu səbəbdən yaşlılar noxud, lobya, həmçinin göbələk şorbalarından da imtina etməlidirlər. Əks halda bu cür qidalar  mədə-bağırsaq xəstəliklərinin və iltihab reaksiyalarının kəskinləşməsinə səbəb ola bilər.

Düyü şorbalarından da uzaq durmaq tövsiyə edilir. Çünki bu məhsul qanda qlükoza səviyyəsini artırır. Eyni zamanda ədviyyatlı şorbalar mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.