Yaxınlaşan infarktın 5 əlaməti- Həkim RƏYİ

Zəif əl sıxma yaxınlaşan infarktdan xəbər verə bilər.

Azpost.info xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının üzvü, kardioloq Yuri Belenkov deyib.

“Ürək-damar sistemi deyilən bir sistem var: ürək var, bütün əzələləri, o cümlədən qol əzələlərini qidalandıran damarlar var. Damar zədələnirsə, qan az olur, o zaman əl zəif titrəyir”, – həkim bildirib.

Qarşıdan gələn ürək böhranının əlamətləri arasında kardioloq, siqaret çəkənlərin xüsusilə aydın hiss edə biləcəyi ayaqlarda ağrıları da qeyd edib.

Bundan başqa, həkimin fikrincə, topuqların şişməsi, gecə tərləmələri və nəfəs darlığı yaxınlaşan infarktdan xəbər verə bilər.

“Bu nəfəs darlığı bir az fərqlidir, yəni ortaya çıxdı, adam ayağa qalxdı və çox tez keçdi”, – mütəxəssis qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.