Yayda şişkinliyə son: Mütəxəssis ideal qəlyanaltını açıqladı

Şişkinlik
Şişkinlik

Yay aylarında havaların istiləşməsi, tətil zamanı qeyri-sağlam qidalanma və yemək rejiminin pozulması nəticəsində şişkinlik problemi daha çox müşahidə edilir.

AzPost bildirir ki, bağırsaq sağlamlığı üzrə mütəxəssis Stiven Heqarti bu narahatlığı azaltmaq üçün uyğun yay qəlyanaltıları və qidalanma vərdişləri barədə tövsiyələr verib.

Mütəxəssisin sözlərinə görə, çips, kraker, dondurma və spirtli içkilər şişkinliyin əsas səbəblərindən biridir. Bu kimi işlənmiş və duzlu qidalar isti hava ilə birlikdə bağırsaqlarda qaz və narahatlıq yaradır.

Heqarti alternativ olaraq su və liflə zəngin qarpız, giləmeyvə, kivi və xiyar kimi meyvə və tərəvəzlərin seçilməsini məsləhət görür. Bu məhsullar həm orqanizmi nəmləndirir, həm də iltihabı azaldaraq həzmi dəstəkləyir.

Eyni zamanda o, səhərlər qatıq və kefir kimi prebiyotiklərlə zəngin qidalar qəbul etməyi, gün ərzində isə limonlu və ya nanəli su içməyi tövsiyə edir. Həzm sistemini stimullaşdırmaq üçün yeməkdən sonra 15 dəqiqəlik yüngül gəzinti də faydalı hesab olunur.

Stiven Heqartinin fikrincə, bu cür sadə, lakin təsirli addımlar yay mövsümündə daha yüngül və sağlam qidalanma vərdişləri formalaşdırmaq üçün kifayət edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.