Yaz günəşi niyə dəri üçün təhlükəli sayılır?– Dermatoloq mart ayının risklərini açıqladı

Yazın gəlişi ilə bir çox insan günəşli havadan zövq almağa və açıq havada daha çox vaxt keçirməyə başlayır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, məhz bu dövrdə günəş şüaları dəri üçün gözləniləndən daha təhlükəli ola bilər.

AzPost RBK-Ukrayna saytına istinadla xəbər verir ki, dermatoloq Olqa Tarnavskayanın sözlərinə görə, yaz aylarında insanlar havanın sərin olmasına aldanaraq günəşdən qorunma barədə çox düşünmürlər. Halbuki qışdan sonra dəri ultrabənövşəyi şüalara qarşı daha həssas olur, çünki bu dövrdə qoruyucu piqment olan melanin səviyyəsi aşağı olur.

Mütəxəssis bildirir ki, temperatur cəmi +10 dərəcə olsa belə, UVA tipli günəş şüaları dərinin daha dərin qatlarına nüfuz edir və kollagen liflərini tədricən zədələyir. Bu isə “fotoqocalma” adlanan prosesə səbəb olur və zamanla qırışların, həmçinin piqment ləkələrinin yaranmasına gətirib çıxara bilər.

Dermatoloqlar bu riskləri azaltmaq üçün yaz aylarında da günəşdən qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Xüsusilə “Broad Spectrum” qeyd olunan kremlər həm UVA, həm də UVB şüalarına qarşı qoruma təmin edir. Mütəxəssislər vurğulayırlar ki, ultrabənövşəyi şüalar havanın temperaturundan asılı deyil və mart-aprel aylarında belə dəriyə zərər verə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.