“Yaz hücumu ilə bağlı Kiyevə məsləhətlərimizi verəcəyik”- Ağ Evin sözçüsü KİRBİ

“Vaşinqton Kiyevə yazdakı hücumla bağlı məlumatlar verəcək”.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Eyni zamanda o, hərbi əməliyyatların gedişatının müəyyən edilməsinin Ukraynanın özündən asılı olduğunu deyib.

“Yazda nə edəcəyini, hara hücum edəcəyini, bunun üçün nə qədər güc tətbiq edəcəyini prezident Zelenski müəyyənləşdirməli olacaq. Əlbəttə, biz məlumat və məsləhətlərimizi verəcəyik. Lakin sonda məqsədlərin əldə oluna biləcəyini müəyyən etmək prezident Zelenskidən asılıdır”, – Ağ Ev rəsmisi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.