1996-cı ildə Bakıda “Kaspian Oyl” informasiya agentliyində işə başlamış, daha sonralar “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqalələr yazıb. “Oğru dunyası” mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı “Diktator Ağakərim”dir. Həmin roman rus dilinə tərcümə olunaraq (“Boq Urala”) oxuculara təqdim edilib.
Daha sonra “Zolotoy mujik”, “Lotu Bəxtiyar” 1, 2 və 3 kitablar, “Dağli Cavanşir”, “Lotular, cayıllar və …”, Sabirabadli Hikmət”, “TT Nəriman”, “Zina Passajskaya” “Rusiya mafiyasının liderləri” romanları işıq üzü görüb. “Sabirabadlı Hikmət” romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılıb.