“Yazıçı Prilepinə qarşı sui-qəsd cəhdinə görə ABŞ və Britaniya məsuliyyət daşıyır”- Rusiya XİN

“Yazıçı Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinə görə ABŞ və Böyük Britaniya məsuliyyət daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Vaşinqton və NATO daha bir beynəlxalq terrorçu qruplaşmanı yemləyirdi. Bin Laden, İŞİD, indi Zelenski və başkəsənləri. ABŞ və Britaniya birbaşa məsuliyyət daşıyır”, – Zaxarova deyib..

Mayın 6-da Zaxar Prilepinin “Audi Q7” markalı avtomobili Nijni Novqorod vilayətində magistral yolda partladılıb. Nəticədə sürücü yerindəcə keçinib, Prilepin ayağından ağır xəsarət alıb. Müxtəlif məlumatlara görə, partlayıcı qurğu avtomobilin kapotunun altında olub və ya dibinə bərkidilib.

Zaxar Prilepin müharibəni dəstəkləyir və anti-Ukrayna çıxışları ilə tanınır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.