Yeddinci cüdoçu da Azərbaycana medal qazandıra bilmədi –

TOKİO-2020
29 İyul 2021 - 09:10

Azərbaycan Tokio Olimpiadasında bu gün də medalsız qalıb.

Osetin əsilli cüdoçumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, 1/16 finalda Aleksandr İddirə (Fransa) qalib gəlsə də, 1/8 finalda Misir əsilli Şadi Əl-Nahasa (Kanada) uduzaraq mübarizəni dayandırıb. Bununla da Olimpiadanın altıncı günündə də Azərbaycanın medalsız qaldığı təsdiqini tapıb.