Yemək, baqaj, oturacaq…- Rusiyada aviabilet alanlarla bağlı hər detal qeydə alınacaq

Rusiya hakimiyyəti aviaşirkətlərin dövlətə təhvil verməli olduğu  məlumatların (aviabiletlərin sifarişi ilə bağlı) siyahısını genişləndirəcək.

Azpost.info xəbər verir ki, bu barədə yerli mətbuata aviasiya bazarındakı mənbələr və dövlət qurumları bildiriblər.

Hazırda aviaşirkətlər əsasən sərnişinlərin şəxsi məlumatlarını ötürürlər. Bunlara şəxsin tam adı, doğum tarixi, cinsi, vətəndaşlığı, pasport nömrəsi, telefon nömrəsi, e-poçt ünvanı, həmçinin gediş və təyinat məntəqələri və səyahət tarixi daxildir.

Bütün bu məlumatlar, sərnişinlər haqqında fərdi məlumatların avtomatlaşdırılmış mərkəzləşdirilmiş məlumat bazasına göndərilir.

Mənbələrin bildirdiyinə görə, bundan sonra bu məlumatlara biletin ödəniş üsulu, o cümlədən bankın adı, ödənişin həyata keçirilməsi üçün istifadə olunan hesab nömrəsinin və ya kartın son dörd rəqəmi, həmçinin sərnişinin aviaşirkətin internet saytında olan hesab məlumatları və biletin bron edildiyi kompüterin IP ünvanı da əlavə olunacaq.

Bundan başqa, məlumat bazası sərnişinin bileti nə vaxt bron etməsi, bunu kiminlə etdiyi, rezervasiyada hər hansı dəyişiklik edib-etməməsi, baqajının olub-olmaması, təyyarədə hansı oturacağı seçdiyi və hansı yeməyə üstünlük verdiyi barədə məlumatları toplamağa başlayacaq.

“Görünən odur ki, bu addımlar indiki çətin zamanda təhlükəsizliyin səviyyəsini artıqmaq istəyi ilə bağlıdır”, – dövlət qurumundakı mənbə bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı –

Sonrakı məqalə

Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri üzrə əməliyyat tapşırıqları verilib