Yeni dünya düzənində Avropanın yeri haradadır? –

TƏHLİL
19 Sentyabr 2019 - 23:20
(From L) Italian Prime Minister Giuseppe Conte, Japanese Prime Minister Shinzo Abe, US President Donald Trump, French President Emmanuel Macron, German Chancellor Angela Merkel, Canadian Prime Minister Justin Trudeau, Britain's Prime Minister Boris Johnson attend a work session in the Casino of Biarritz on August 26, 2019, on the third and last day of the annual G7 Summit attended by the leaders of the world's seven richest democracies, Britain, Canada, France, Germany, Italy, Japan and the United States. (Photo by Ian LANGSDON / POOL / AFP)

 ABŞ-ın iqtisadi gücü tədricən zəifləyir, Çinin elan edilən dominantlığı isə hələ qeyri-müəyyən olaraq qalır.

“Çin-2020, sonsuz çiçəklənmə illüziyası” kitabının müəllifi, esseist Jan-Pyer Fike (Jean-Pierre Fiquet) “Le Figaro”-da yazır ki, iqtisadi oyunun yeni qaydalarına ehtiyacın olduğu belə bir vaxtda  Avropa öz kartından istifadə etməlidir.

“Biz analoqu olmayan dövrdə yaşayırıq və onu başa düşmək üçün pazlları bir yerə toplamaq lazımdır, – Fike hesab edir. – Çin və ABŞ arasında ticarət haqqında statistik məlumatları nəzərdən keçirərək yekun nəticə əldə etməyə çalışacağıq. Amerika administrasiyasının rəqəmsal məlumatlarından istifadə edək: 2019-cu ilin birinci yarısına olan məlumatları ötən ilin analoji dövrü ilə müqayisə etsək görəcəyik ki, 2018-ci ildə ABŞ-ın Çindən idxalı 250 milyard dollar olduğu halda 2019-cu ildə 260 milyard dollardan bir qədər çox olub. Amma ABŞ-ın Çinə ixracı bir qədər azalıb: 2018-ci ilin ilk yarısında 64 milyard dollar olduğu halda, cari ilin ilk altı ayında 61 milyard dollar olub. Beləliklə, qarışqadan fil düzəldiblər. Amerika prezidentinin əsəbi çıxışlarını da məhz bununla izah etmək olar. Çünki Çin iki ölkə arasında ticarət balansında kəsri aşağı salacağına söz versə də, bu, istənilən nəticəyə gətirmir”.

“Çin ABŞ-da ixracına müəyyən dərəcədə subsidiya etməyə davam edir. Yeni gömrük rüsumlarının təsirini yumşaltmağa çalışır. Söz vermək və yalandan heç nə başa düşmədiyini göstərmək, bu zaman ABŞ bazarlarını itirməmək – bütün əsasların əsasıdır”, – məqalə müəllifi aydınlıq gətirir.

“Tramp od püskürür, ardınca partlayır; ancaq hamı bilir ki, hürən it tutmur”, – müəllif qeyd edir. – ABŞ öz köklərinə qayıtmalıdır; onların dünyaya açılması gərəkən kontitentləri var: bu Latın Amerikasıdır”.

“(…) Rusiya özünə gələcək, çünki onun nefti var. Bu sözləri artıq 1990-cı illərdə eşitmişik. Bəs bu bahalı mayeni Rusiyanın əlindən alsalar, onun nəyi qalacaq? Təxminən Niderlandın ÜDM-nə bərabər ÜDM. Risk çox böyükdür, çünki neftin qiyməti siyasi istəklərin üst-üstə düşməsinin üzərində dayandır. Daha İran, Venesuela və Liviya kimi böyük neft ölkələri böyük pullar qazanmırlar. Onlar bazara geri dönsələr, qiymət aşağı düşəcək və daha dünyaya neqativ faizlər lazım olmayacaq. Rusiya Çinə neft tədarükçüsü kimi Mozambik və ya Anqolanın səviyyəsinə düşmək istəmirsə, əvvəl-axır Avropaya qoşulmalı olacaq”, – deyə Fike təhlil edir.

“Bəs Avropa, general de Qollun da söylədiyi kimi, Atlantik okeanından Urala kimi nə olacaq? Bunun üçün bir çox əngəli aradan qaldırmaq lazım gələcək. Ayı caynaqlarını kökündən kəsməli, başqaları isə öz qorxularının öhdəsindən gəlməlidir. İlk növbədə, Avropanın ixtiyarında diplomatiya və ordu olmalıdır. General deyərdi ki, “geniş proqramı” olmalıdır. Lakin Fransa edə bilmir, Berlin isə etmək istəmir. Berlinə kim başa salacaq ki, rəqəmsal sənayenin yaradılması üçün əvvəlcə güclü silahlı qüvvələrin olmalıdır? Əsas texnogiyaların ilk və ən yaxşı sifarişçiləri məhz onlardır”, – deyə esseist iddia edir. (Xpressa)