“Erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir” –Baş Prokuror

“Qarabağda vuruşmuş erməni terrorçular və muzdlularla bağlı konkret cinayət işləri var”.

Bu sözləri Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslərə qarşı konkret cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb: “Bunlardan biri – Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Həmin şəxs barəsindəki cinayət işinə hərtərəfli və obyektiv yanaşılması üçün beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir