Yeniyetmə mübahisə zamanı nənəsini bıçaqlayaraq öldürdü

Rusiyanın Kemerovo vilayətində 16 yaşlı yeniyetmə öz nənəsini qətlə yetirməkdə şübhəli bilinərək barəsində cinayət işi başlanıb. Hadisə noyabrın 10-da Silino kəndində baş verib. AzPost xəbər verir ki, məlumatı regionun İstintaq Komitəsi yayıb.

İlkin məlumatlara görə, ailə üzvləri arasında məişət zəminində mübahisə yaranıb. Münaqişə zamanı yeniyetmə nənəsinə arxadan bıçaqla zərbə endirib. Daha sonra o, hadisə yerindən qaçıb, lakin qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qadın aldığı ağır xəsarət səbəbilə hadisə yerində dünyasını dəyişib.

Şübhəli istintaq orqanlarına təhvil verilib və dindirmə zamanı baş verənlərlə bağlı ətraflı ifadə verib. Məhkəmənin qərarı ilə yeniyetmə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hadisə yerində istintaqçılar və kriminalistlər tərəfindən baxış keçirilib, cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Şahidlər dindirilib, bir sıra məhkəmə ekspertizaları təyin edilib.

Bundan əlavə, yeniyetmənin hadisə anındakı psixi vəziyyətini müəyyən etmək üçün kompleks psixoloji-psixiatriya ekspertizasının aparılması qərara alınıb. Cinayət işi üzrə istintaq davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.