Yer kürəsində maqnit qasırğası başlayıb

Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.

Bu barədə Rusiya Fizika institutunun Günəş Rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.

Qasırğanın səviyyəsi zəif (G1) qiymətləndirilib.

Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.

Qeyd edək ki, Yer səthində müşahidə edilən burulğan oktyabrın 28-i axşam saatlarında Günəşdə baş verən X siniflinə aid güclü partlayışın nəticəsində baş verib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

G20 liderləri ofşorlarda vergidən yayınmanın qarşısını alan müqaviləni imzalayıb

Sonrakı məqalə

Ərdoğan Qarabağla bağlı Baydenlə nəyi müzakirə etdiyini açıqladı –