Beş asteroid Yerə doğru yaxınlaşır, onlar planetin yanından keçəcəklər.
Azpost.info bildirir ki, bu barədə NASA məlumat yayıb.
Ev böyüklüyündə olan JA5 səma cismi sentyabrın 6-da Yerdən beş milyon kilometr uzaqlıqda uçacaq. Bu asteroid 2021-ci ildə kəşf edilib.
Cümə günü Yerə daha iki asteroid yaxınlaşacaq. Onlar dörd milyon kilometr məsafədə uçacaqlar.
NASA-nın məlumatına görə, bazar günü təyyarə ölçüsündə olan daha bir göy cismi planetə yaxınlaşacaq. Bu il kəşf edilən həmin asteroid 2,65 milyon kilometr məsafədə uçacaq.
Avtobus ölçüsündə olan beşinci asteroid çərşənbə axşamı Yerdən dörd milyon kilometr uzaqlıqda olacaq.