“Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır” –Dmitri Medvedev

Rusiya Azərbaycan və Ermənistanı düşünülməmiş addımlar atmamağa çağırıb.

“Report”  xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev VK sosial şəbəkəsində həmin qurumun iclası barədə məlumat verərkən yazıb.

“Koronavirus epidemiyası ilə bağlı ortaya çıxan problemlər baxımdan bir sıra ölkələrlə təyyarə uçuşlarının bərpası məsələsi, həmçinin Rusiyanın MDB ölkələrilə, o cümlədən aralarındakı sərhəddə davam edən gərginlik nəzərə alınmaqla Azərbaycan və Ermənistanla münasibətlər müzakirə edilib. Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib –

Sonrakı məqalə

Tovuzdakı toqquşmalar Rusiya-Türkiyə qarşıdurmasının davamıdır? –