Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Briqettiyə Moskva ilə CAR arasındakı münasibətlərdə öz yerini bilməyi və başqalarının işinə qarışmamağı tövsiyə edib.
Azpost.info xəbər verir ki, Lavrov səfirin Afrika ölkəsinin bitərəfliyini elan etməsinə baxmayaraq, Rusiya ordusunu silahla təmin etməsi ilə bağlı açıqlamasına belə reaksiya verib.
“Öz yerinizi bilməli və başqalarının işlərinə qarışmamalısınız. Əgər silah tədarükü mövzusuna toxunsaq, bir daha vurğulayım ki, biz heç vaxt beynəlxalq normaları pozmuruq”, – Lavrov vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, əməkdaşlığın istənilən sahəsində məsələlər ikitərəfli qaydada həll edilir.
Azpost.info