Yevlaxda 24 yaşlı oğlan qətlə yetirilib

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Sonrakı məqalə

Bakı-Laçın, Bakı-Zəngilan, Xocalı-Laçın, Xocalı-Şuşa, Naftalan-Suqovuşan və digər avtobus marşrutları açılacaq