Yevlaxda baba ehtiyatsızlıqdan dəryazla nəvəsinin ayağını kəsib

05 İyul 2020 - 01:31

Yevlaxda bədbəxt hadisə baş verib.

Yevlaxda baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb.

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.