Yolu keçən piyadalar belə vuruldu- ANBAAN VİDEO

İstanbulun Ataşehir səmtində yüksək sürətlə hərəkət edən avtomobil yolu keçən iki piyadanı vurub. AzPost İHA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Kayışdağı küçəsində baş verib. Svetoforun avtomobillər üçün yaşıl rəngdə yandığı bir vaxtda avtomobil yolu keçən iki piyadanı vurub.

Zərbənin təsirindən piyadalar metrlərlə sürünüb. Qəza anı başqa bir avtomobildəki kameraya əks olunub. Kadrlarda avtomobillər üçün yaşıl işıq yanarkən iki piyadanın yolu keçdiyi və eyni zamanda yüksək sürətlə gələn maşının onları vurduğu görünür.

Digər tərəfdən, qəzadan sonra sahibsiz itlərin zərərçəkənlərin yanına qaçaraq avtomobilə hücum etməsi diqqət çəkib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.