“YouTube” reklamdan qurtulmağın yeni üsulunu təklif edir

“Google” şirkəti “YouTube” videoservisində reklamlardan qurtulmağın daha asan və ucuz yolunu təklif edir.

“The Verge” xəbər verir ki, şirkət videohostinqə abunə olmaq üçün yeni paketi istifadəçilərin ixtiyarına verib. Artıq “Premium Lite” abunəçiləri videomaterialları reklamsız izləyə biləcəklər.

Xidmət Android, iOS tətbiqləri, smart-televizorlar və oyun konsollarında keçərlidir. Lakin ənənəvi “Premium” paketində olan fonda izlənilmə, videoların offlayn yüklənməsi kimi bir sıra funksiyalar “Premium Lite” abunəçiləri üçün nəzərdə tutulmayıb.

Məhz bunun müqabilində, Avropa ölkələri üçün yeni paketin aylıq abunə qiyməti “Premium”da olduğu kimi 12 avro deyil, cəmi 7 avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada günorta çağı qəfil qaranlıq düşdü-

Sonrakı məqalə

YAP-çı deputatlar Milli Məclisin buraxılacağını təkzib edirlər –