Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir. Əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur.
Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.
O qeyd edib ki, əcnəbilər Azərbaycana gələndə və vətəndaşlarımız ölkəni tərk etdiyində hava yolundan istifadə etməlidirlər.
Hökumətin sentyabrın 1-dək olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur.