Yunanıstanda suriyalı miqrantlara dəstək vermək üçün əhali küçələrə axışdı

06 Mart 2020 - 10:13

Yunanıstanda əhali hökumətin qaçqınlara qarşı irqçi siyasətini qınayaraq küçələrə axışıb.

Sondakika.com-un xəbərinə görə, Afinada minlərlə insan parlament binasının önünə toplaşıb. Onlar üzərində “Birlikdə yaşaya bilərik” yazılmış plakatlarla ölkələrinə gələn qaçqınları dəstəklədiklərini nümayiş etdiriblər.

Xatırladaq ki, Türkiyə Avropa sərhədlərini açandan sonra onun ərazində yaşayan qaçqınlar Yunanıstana keçirlər. Yunan sərhədçiləri isə bu prosesə mane olaraq, qaçqınları dövlətlərinin ərazisinə və Avropaya buraxmaq istəmirlər.