Yuri Qaqarinin qızı atasının adı çəkilən malların satışından qonorar alacaq

Kosmosa uçan ilk insan Yuri Qaqarinin qızı Qalina atasının adı çəkilən malların satışından qonorar alacaq.

Azpost.info xəbər verir ki, müvafiq ticarət nişanı “Yuri Qaqarin” “Rospatent”də qeydiyyata alınıb.

Ticarət nişanı sancaqlar və köynəklərdən tutmuş, kompüter oyunlarına qədər geniş çeşiddə məhsulları əhatə edir.

İndi Qalina Qaqarinanın 62 yaşı var, o, iqtisad elmləri doktoru, professor və Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kafedra müdiridir. Onun sənətşünas olan 64 yaşlı Yelena adlı bacısı var.

2024-cü il martın 9-da Qaqarinin anadan olmasının 90 illiyi tamam olur.

2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putin Yuri Qaqarin adına orden təsis edib. Bu mükafat insanlı kosmik uçuşun uğurla başa çatmasına, kosmosun tədqiqində uğura və kosmik proqramın həyata keçirilməsində nailiyyətlərə görə veriləcək.

Azpost.info

Əvvəlki məqalə

Ombudsman “Alternativ xidmət haqqında” qanunun qəbulunu təklif edib

Sonrakı məqalə

Azərbaycanda 1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir