“Yuventus” Ronaldunu satış siyahısına qoydu

İtaliyanın “Yuventus” klubu ulduz futbolçusu Kriştianu Ronaldunu satılacaq futbolçuların siyahısına əlavə edib. 

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi koronavirusa görə yaranan iqtisadi problemləri bu yola aradan qaldırmaq niyyətindədir. Ölkə çempionu 35 yaşlı Ronaldunu da satmağı planlaşdırır.

Portuqaliyalı forvardın sabiq komandası İspaniya “Real Madrid”inə qayıdacağı iddia edilir. Ronaldunun 30 milyon avroluq maaşından xilas olmaq istəyən “Yuventus” onu 60 milyon avroya satmaq istəyir.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlirza Zali:

Sonrakı məqalə

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub