Zəfər Günü ilə əlaqədar Tbilisidə aksiya keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.

Səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb. Avtomobil paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçəcək.

Azərbaycanın Qələbə gününü özündə əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

Aksiya saat 24:00-a qədər davam edəcək(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.