Zəfər muzeyinə giriş 3 gün pulsuz olacaq

Bakıda noyabrın 8-də açılışı olan Zəfər muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə noyabrın 9-11-də ödənişsiz qaydada tanış ola bilər.

Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.

Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.

Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar – ödənişsiz, tələbələr üçün – 1 AZN, böyüklər üçün – 5 AZN;

Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN.

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.