Zəfər Qurultayı aprelin 22-də Şuşada keçiriləcək

“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib.

V. Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22 və 23 apreldə Şuşada keçiriləcək: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.

Əvvəlki məqalə

Media nümayəndələri üçün inklüziv təhsil mövzusunda seminar keçirilib

Sonrakı məqalə

Dünya Bankı və BVF Ukraynaya dəstəyi müzakirə edəcək